Rusiya Avropanın bəzi rəsmilərinə ölkəyə giriş qadağası qoydu - Bəyanat

img

31-10-2025 [20:52]


Rəsmi Moskva Avropa İttifaqının (Aİ) sanksiyalarına adekvat cavab verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, sanksiyalarına cavab olaraq, İttifaqın bəzi rəsmilərinə Rusiyaya "giriş qadağası" tətbiq olunacaq:

"Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiya paketi qanunsuz və düşməncə hərəkətdir. Buna cavab olaraq, Rusiya tərəfi qarşı tərəfə sanksiya siyahısını əhəmiyyətli dərəcədə genişləndirib. Artıq Avropanın əksər qurumlarının, o cümlədən üzv dövlətlərin və Brüsselin anti-Rusiya siyasətinə imza atan bütün nümayəndələrinin Rusiyaya girişi mümkün olmayacaq". 

XİN-in məlumatında sanksiya siyahısına daxil olan şəxslərin sayı və konkret adları verilməyib.

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA