Vəkillər Kollegiyası sədri ömürlük seçiləcək? - Yeni qanun

img

31-10-2025 [15:04]


Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin seçilməsi barədə məhdudiyyət ləğv olunur.

Mia.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə yer alıb.

Layihəyə əsasən, iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilmək məhdudiyyəti götürülür.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Qeyd edək ki, 2017-ci ildən Vəkillər Kollegiyasına Anar Bağırov rəhbərlik edir. Onun ikinci səlahiyyət müddəti 2027-ci ildə başa çatır. Yeni dəyişiklikdən sonra Bağırov növbəti beşillikdə də sədr seçilə bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA