ASİYA ÖLKƏLƏRİ YENİ SAVAŞIN ASTANASINDA: ABŞ nüvə başlıqlı sualtı gəmisini bölgəyə "yatırdı"

img

23-09-2024 [13:49]


Şimali Koreya ilə sərhədlərarası gərginliyin yüksəldiyi ərəfədə ABŞ dünyanın diqqətini bölgəyə cəlb edən sensasiyalı qərar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ nüvə başlıqları olan sualtı gəmisini Cənubi Koreyaya göndərib.

Cənubi Koreyanın "Yonhap" rəsmi xəbər agentliyi yazıb ki, gəmi artıq ölkənin dəniz limanına "yatırılıb".

Cənubi Koreya Hərbi Dəniz Qüvvələrindən isə bildirilib ki, ABŞ-ın Virciniya tipli  nüvə sualtı qayığı "USS Vermont" (SSN-792) paytaxt Seuldan 320 kilometr cənub-şərqdə yerləşən Busan şəhərinə yerləşib: "Bölgəyə ilk dəfə gələn 7800 tonluq USS Vermont (SSN-792) gəmisi Cənubi Koreya və ABŞ hərbçiləri arasında strateji hərbi əməkdaşlıq çərçivəsində ölkəmizin süverenliyinin qorunmasına mühüm rol oynayır"

Xatrladaq ki, son həftələr Şimali Koreya ilə Cənubi Koreya arasında grginlik savaş həddəinə yaxınlaşıb.

Kim Çen In tez0tez taktiki ballistik raket və təkmilləşdirilmiş strateji qanadlı raketləri sınaqdan çşıxarmaqla yanaşı, Cənubi Koreyaya zibil dolu balonlar yönləndrməklə, ölkənin savaşa sürükləyir.

Cənubi Koreyanın keçmiş prezidenti Mun Jae-in sentyabrın 20-də verdiyi bəyanatda Koreya yarımadasının 1950-ci illərdəki Koreyalararası müharibədən bəri “ən təhlükəli vəziyyətdə” olduğu barədə xəbərdarlıq edib. O, Şimal və Cənub arasında dialoqu vaxuiib sayıb: "Əks halda savaş qapını döyəcək".

Bu gün isə Cənubi Koreya ordusu növbəti bəyanat yayaraq, Şimali Koreyanı müharibə ilə hədələyib.

Cənubi Koreyanın Müdafiə Nazirliyindən bildirilib ki, Ordu hər varianta hazır vəziyyətə gətirilib: "Şimali Koreyadan vətəndaşlarımızın təhlükəsizliyinə ciddi təhdid olarsa və ya Şimal Koreya sərhədi keçməyə can atarsa, ən sərt hərbi tədbirlər görüləcək”.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR