12 oyunda 1 qələbəsi olan "Səbail" komandası: pullar göydə uçur, yaxud "Rauf Vəliyev nə vaxt qovarsa, qovsun!" planı....
23-09-2024 [13:24]
“Səbail”in baş məşqçisi Şahin Diniyev dünən “Sabah”a 2:4 hesablı məğlubiyyətdən sonra ənənəvi bəhanələr söylədi. Heç bir maddi sıxıntısı olmasa da, son 12 rəsmi görüşdə yalnız 1 qələbəsi olan (5 oyun ötən mövsümün sonunda, 7 oyun indiki çempionat) komandanın çalışdırıcısı sözü qurtaran aşıqlar kimi, “düzgün yoldayıq, düzgün yoldayıq” dedi.
Sitat: “Səbail” yeni qurulan komandadı, futbolçuların birlikdə oynamasına ehtiyac var. Hər oyunda irəliləyiş görünür. Düzgün yoldayıq”.
Əvvəla, “Səbail” yeni qurulmayıb, 2016/2017 mövsümündən Misli Premyer Liqasında çıxış edir. Diniyev isə 2022-ci ilin sonundan bu komandada çalışır, bütün transferlərdə birbaşa rolu, razılığı var. Bir vaqon legioner göndərib, bir o qədər də gətirirsənsə, deməli, başqa maraqlar yox deyil.
Diniyevə deyin ki, çempionatın yeganə yeni komandası “Şamaxı”dı, Ayxan Abbasov 1 aya komanda yığıb, nəticəsi də göz qabağında, “Səbail”dən düz 7 xal öndədi.
Maraqlıdı, hər oyunda irəliləyiş görünürsə, komanda düzgün yoldadırsa, “Səbail” niyə 12 oyunda yalnız bir qələbə qazanıb, niyə autsayderdi? Hər oyunda 2-3 top buraxmaq, nə vaxtdan irəliləyiş sayılır?
12 oyunda 1 qələbəsi olan Diniyevin “düzgün yolu” budurmu?
Mən tanıdığım Diniyev bundan sonra 12 oyunda da uduzsa, istefa verəsi deyil. Bunun üçün gərək insanda istefa mədəniyyəti ola. Dəqiq bildiyi odu ki, kimsə ona qucaq açmayacaq. Bu səbəbdən ASCO rəhbərliyinin başının altına yastıq qoymaqla məşğuldu. Yəni, Rauf Vəliyev nə vaxt qovarsa, qovsun!.
İxtiyar Əsgərov,
İdman yazarı
MİA.AZ
Sabiq direktor və şöbə rəisləri hakim qarşısına çıxarıldı
Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verdi: "...xəbər bizi olduqca sarsıtdı"
Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - Nələr müzakirə olunub?
Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi - VİDEO, FOTO
Onlara aylıq müavinətlər təyin ediləcək - Fərman
“HAYAT” MMC rəhbərliyi cərimələnib
İcra başçısı, səfir, rektor, qoruq müdiri... - Prezident onlar vəzifədən çıxardı (SİYAHI)
Livan Səhiyyə Nazirliyi: "İsrailin bugünki hücumunda 100 nəfər ölüb, 300-dən çox yaralı var"
PREZİDENT ƏLİ ƏHMƏDOVU VƏZİFƏDƏN AZAD ETDİ - Sərəncam
İsrail livanlı mülki şəxslərin telefonlarına mesaj göndərdi: "Təcili evləri boşaldın!" - Beyruta hücum planı gerçəkləşir
Tələbələrin köçürülmə prososi başa çatıb
Hikmət Babaoğlu, Tahir Mirkişil, Bəxtiyar Əliyev, Sevinc Fətəliyeva... - Onlar vəzifələrini itirdi (SİYAHI)
ASİYA ÖLKƏLƏRİ YENİ SAVAŞIN ASTANASINDA: ABŞ nüvə başlıqlı sualtı gəmisini bölgəyə "yatırdı"
İordan çayının qərb sahilində şagird və müəllimlər saxlanılıb
12 oyunda 1 qələbəsi olan "Səbail" komandası: pullar göydə uçur, yaxud "Rauf Vəliyev nə vaxt qovarsa, qovsun!" planı....
Afrika ölkəsində vəba təhlükəsi: 388 nəfər ölüb
ONLAR PARLAMENTİN KOMİTƏ SƏDRLƏRİ SEÇİLDİ - Siyahı
Sabah yağışlı hava olacaq
İLHAM ƏLİYEV PARLAMENTİN YENİ İCLASINDA: "Xarici dairələr bizə qarşı yeni planlar hazırlayır" - (FOTOLAR, Yenilənib)
Azərbaycanda yağların qiyməti bahalaşıb - VİDEO
"REAL" partiyasının yeni sədri seçilib - AÇIQLAMA
İsrailin müdafiə naziri Pentaqon rəhbəri ilə müzakirə aparıb - "İsrailə sarsılmaz dəstəyimiz davam edəcək"
İsrail Livana 150-dən çox hava zərbəsi endirib
Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb
"Qarabağ" cərimələnib - 28500 avro
Gəncədə yaşayış binasında partlayış... - 84 yaşlı qadın xəsarət alıb, üç avtomobilə ziyan dəyib
Bakının bu ərazisində söküntü olacaq - Evləri söküləcək sakinlərə hər kv.metrə görə 2 min manat veriləcək
Milli Məclis sədr müavinləri komitə sədri olmayacaq
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb
Tramp söz verdi: "Seçkidə uduzsam, bir daha namizəd olmayacağam"
Vəfa Şərifovanın hesabı oğurlanıb - "Hekayə bölümünə söyüş yazılıb"
Qəzzada daha ev və məktəblər bombalanıb - Ölən və yaralananlar var
Bəşər Əsəd müxalifləri əfv etdi
Türkiyə parlamentinin spikeri Rusiyaya gedir - Putinlə görüş olacaq
Ərdoğan ABŞ-da Albaniya baş naziri ilə görüşüb
İranda zəlzələ nəticəsində 28 nəfər yaralanıb
Azərbaycan Ordusunun əsgəri güllələnib