Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Kralına məktub göndərib - MƏTN
23-09-2024 [11:10]
Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.
Mia.az xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Əziz Qardaşım,
Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ortaq dini və mədəni köklərlə bağlı olduğu Səudiyyə Ərəbistanı ilə münasibətlərinə xüsusi önəm verir. Dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi qardaş xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan güc alır. Bu sarsılmaz iradədən qaynaqlanan əlaqələrimizin ötən dövr ərzində hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi məmnunluq doğurur. Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin möhkəmlənməsində Sizin şəxsi töhfənizi xüsusi vurğulamaq istəyirəm.
Səudiyyə Ərəbistanının ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına göstərdiyi daimi dəstəyini və ədalətli mövqeyini Azərbaycan xalqı heç vaxt unutmur.
Biz Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, enerji, turizm, humanitar və digər sahələrdə genişləndirmək və möhkəmləndirmək əzmindəyik. Yüksək səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə münasibətlərimizin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Enerji sahəsində uğurlu və davamlı əməkdaşlıq Səudiyyə Ərəbistanı ilə münasibətlərimizin əsas istiqamətlərindən biridir. Ölkənizi təmsil edən “ACWA Power” şirkətinin Azərbaycanın alternativ və bərpa olunan enerji sektorunda fəaliyyətini yüksək qiymətləndiririk.
Beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız və qarşılıqlı dəstəyimiz münasibətlərimizin vacib tərkib hissələrindən biridir.
Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı tərəfdaşlığının inkişafı yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeləri naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Prezidentdən quru yolları ilə bağölı mühüm açıqlama: "Tam əminliklə deyirəm ki...."
ONLAR PARLAMENTİN KOMİTƏ SƏDRLƏRİ SEÇİLDİ - Siyahı
Sabah yağışlı hava olacaq
İLHAM ƏLİYEV PARLAMENTİN YENİ İCLASINDA: "Xarici dairələr bizə qarşı yeni planlar hazırlayır" - (FOTOLAR, Yenilənib)
Azərbaycanda yağların qiyməti bahalaşıb - VİDEO
"REAL" partiyasının yeni sədri seçilib - AÇIQLAMA
İsrailin müdafiə naziri Pentaqon rəhbəri ilə müzakirə aparıb - "İsrailə sarsılmaz dəstəyimiz davam edəcək"
İsrail Livana 150-dən çox hava zərbəsi endirib
Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb
"Qarabağ" cərimələnib - 28500 avro
Gəncədə yaşayış binasında partlayış... - 84 yaşlı qadın xəsarət alıb, üç avtomobilə ziyan dəyib
Bakının bu ərazisində söküntü olacaq - Evləri söküləcək sakinlərə hər kv.metrə görə 2 min manat veriləcək
Milli Məclis sədr müavinləri komitə sədri olmayacaq
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb
Tramp söz verdi: "Seçkidə uduzsam, bir daha namizəd olmayacağam"
Vəfa Şərifovanın hesabı oğurlanıb - "Hekayə bölümünə söyüş yazılıb"
Qəzzada daha ev və məktəblər bombalanıb - Ölən və yaralananlar var
Bəşər Əsəd müxalifləri əfv etdi
Türkiyə parlamentinin spikeri Rusiyaya gedir - Putinlə görüş olacaq
Ərdoğan ABŞ-da Albaniya baş naziri ilə görüşüb
İranda zəlzələ nəticəsində 28 nəfər yaralanıb
Azərbaycan Ordusunun əsgəri güllələnib
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov ABŞ-a gedib
MN: "Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcək"
Alman mətbuatı: “Onlar tarixə sülhün böyük qurucuları kimi də düşə bilər” - “İlham Əliyev və Nikol Paşinyan yenidən Berlində görüşəcək?”
İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT: vəzifəli şəxslər qandallandı
BBC-nin erməni müxbirindən inanılmaz tarixi etiraflar... - “Nədən kompromisi yox, müharibəni seçdik?”
Türkiyə ordusu İraqda daha 17 terrorçunu zərərsizləşdirib
KONSTİTUSİYA MƏHKƏMƏSİ SEÇKİ İLƏ BAĞLI SON QƏRARI VERDİ: 6 müraciəti prokurorluq araşdırır - Yeni deputatların mandatları təsdiqləndi - TAM SİYAHI
Nazirlikdə sənətçilərdən rüşvət alırlar? - Sensasion iddialar artır, rəsmi qurum "ola bilməz" deyir
Məhkəmə Xoşqədəmə qadağa qoydu: “SUS!”
Keçmiş hakim Psixatriya Xəstəxanasına yerləşdirildi: "Evə işıq salır, qəribə səslər çıxarırdı"
Xəzər dənizində yaradılan süni torpaq sahəsindəki tikintilər... - Əli Əsədov qərar imzalayıb
Əli Əsədovdan gecikmiş qərar - Ştatı indi təsdiqlənən nazir müavini vəzifəsinə bir ay əvvəl təyinat olub
3 saylı Uşaq evində anarxiya - Azyaşlı sensasiyalı faktları açıqladı, Dövlət Xidməti izahat yaydı
Problem həlletmə strukturlu yazı işlərinin aparılmasının alqoritmi - Könül Aydın yazır
Prezident İlham Əliyev yeni razılaşmanı təsdiqləyib