12-07-2014 [17:06]
Azinform.az saytının elektron ünvanına özünü Nicat Mahmudov kimi təqdim edən şəxs tərəfindən məktub daxil olub. "Gündəm şok xəbər” qəzeti kollektivinin KİV-lərə və ictimaiyyətə müraciəti adı qoyulan bu müraciətin ilk cümləsi bu günlərdə bizim yaydığımız informasiyaya ironik tərzlə yanaşma ilə başlayır. Söhbət bizim bir neçə gün əvvəl "Gündəm xəbər” qəzetinə qarşı təxribat” başlığı ilə sayta yerləşdirdiyimiz məlumatdan gedir. Nicat Mahmudov məktubunda qeyd edir ki, biz yazıda Şirin Cəfərinin maraqları ifadə etmişik. Məktubda yazılır:
«İlk öncə qeyd edim ki, "Gündəm xəbər” qəzetinin baş redaktoru kimi təqdim olunan Şirin Cəfəri bir gün də olsun göstərilən vəzifəni daşımayıb, adı çəkilən qəzetin baş redaktoru olmayıb və indi də belə deyildir. Əgər belə olsaydı Şirin Cəfəri bilməliydi ki, "Gündəm xəbər” qəzetinin keçmiş kollektivi istirahətdə deyil, qəzet bazarında yay fəslində müşahidə olunan çətinliklərə baxmayaraq hələ də fəaliyyətdədir».

Əvvəla, onu qeyd edək ki, kollektivin adından ünvanlanan müraciətdə cavablar bir şəxsin dilindən verilir. Yəqin ki, bu uyğunsuzluğu Nicat Mahmudovun özü sonrakı məktublarında izah edər. İkinci bir tərəfdən isə , bütün media camiəsi Şirin Cəfərli adlı adamı uzun illərdi tanıyır, ancaq deyəsən, Nicat Mahmudov adı mediada lap təzədi. Məhz bu səbəbdəndir ki, biz «Gündəm Xəbər» qəzeti ilə bağlı apardığımız araşdırmada yalnız Şirin Cəfərlini tapa bildik. Nicat Mahmudov məktubunda yazır ki, Şirin Cəfərli heç vaxt «Gündəm-Xəbər» qəzetinə rəhbərlik etməyib. Bu iddia da inandırıcı deyil. Çünki mediaya yaxın olan istənilən adamdan soruşulsa, həmin adda qəzetin Şirin Cəfərliyə məxsus olduğunu bildirər.
Yeni baş redaktor daha sonra yazır:
"Gündəm şok xəbər” qəzeti Şirin Cəfərinin məzuniyyətdə olduğunu iddia etdiyi keçmiş "Gündəm xəbər” qəzetinin kollektivi tərəfindən nəşr olunan tam müstəqil, kimsənin çətiri altında olmayan müstəqil mətbu orqandır. Nicat Mahmudov uzun müddət "Şok xəbər” qəzetinin təsisçisi və baş redaktoru olmuş və sonradan baş redaktor kimi fəaliyyətini "Gündəm xəbər”qəzetində davam etdirib. Bir daha qeyd edirik ki, yalnız Şirin Cəfərinin özünə məlum olan qeyri-müəyyən səbəblərdən sonra "Gündəm xəbər” qəzeti qəflətən fəaliyyətini dayandırıb. Redaksiyanın kollektivinin ümumi rəyi ilə "Gündəm şok xəbər” qəzeti təsis edilib və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib».
Siz Nicat Mahmudovun özünün təqdim etdiyi karyera dolanbacına diqqət edin. Bu adam uzun müddət heç kimin tanımadığı «Şok-Xəbər» qəzetinə rəhbərlik edib. Maraqlıdır ki, qısa müddət ərzində onda «Gündəm» adına o qədər «məhəbbət » yaranıb ki, o, qəzetinin adını arxa plana da atmağa da razı olub. Kifayət qədər yaşı olan Nicat müəllimə belə bir sual da vermək olar:»Siz niyə uzun müddət rəhbərlik etdiyiniz qəzeti deyil, «Gündəm Şok Xəbər»-ı dirçəltmək qərarına gəldiniz?» Özü də etiraf etdiyiniz kimi başqasına məxsus adı öz qəzetinizin adından önə keçirməklə və məhz həmin qəzetin kollektivi ilə… Bu ad sizin üçün o qədər də əhəmiyyət kəsb etmirdisə, niyə qəzetinizin adını «Şok Xəbər Gündəm» qoymadınız? Bax bu olardı yenilik.
Qəzetçilik həm də biznesdir. Biznesdə isə birinci halallıq prinsipinə riayət olunmalıdır. Bu məsələdə halallığın kimin tərəfiindən pozulduğu aydın hiss edilir.
Məsələnin daha bir incə məqamı da var. Qəzetçiliklə çoxdan məşğul olanlar nüfuzlu qəzetlərə yönləlik oxşar hərəkətləri yaxşı xatırlayar. 2001-ci ildə ölkənin ən çox tirajlı qəzeti sayılan «Yeni-Müsavat»-ın eyni dizynla kopyası çıxarıldı. Bir müddət vətəndşlar köşkdən qəzet alanda «Müasir Müsavat»la «Yeni Müsavat»ı dəyişik saldı. Həmin ərəfələrdə «Azadlıq» qəzetinə qarşı «Azadlıq+» adlı ekiz qardaş buraxıldı. Nədənsə, qəzet bazarında kifayət qədər nüfuz qazanmış «Gündəm-Xəbər» qəzetinin üzləşdiyi vəziyyət həmin proseslərə daha çox bənzəyir. Ancaq diqqət yetisək görərik ki, tarixdə düzlər və güclülər qaldı…
Vidadi Cənublu
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq