AGENTLİKDƏ ŞÜBHƏLİ MALİYYƏ OYUNU: Sədr işçisinin rəhbər olduğu QHT-yə 200 mini hansı əsasla ayırıb?
20-09-2024 [10:37]
Dövlət Turizm Agentliyi “Turizm Könüllüləri” İctimai Birliyi (VÖEN – 1007934901) ilə satınalma müqaviləsi imzalayıb.
Dövlət Turizm Agentliyi bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
“Turizm Könüllüləri” İctimai Birliyi Turizm Agentliyinin sifarişi əsasında COP29 ilə bağlı turizm könüllülərinin hazırlanması və təlimatlandırılması işləri həyata keçirəcək və qarşılığında 199 min 196 manat alacaq.
Satınalmada diqqət çəkən məqamlardan biri odur ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Halbuki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində açıq şəkildə göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir. Qanunun tələblərindən də göründüyü kimi, COP29 ilə bağlı turizm könüllülərinin hazırlanması və təlimatlandırılması işlərinin həyata keçirilməsi məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Turizm Agentliyinin satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
– Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
– Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
– Satınalma predmetinə təcili tələbat yarandıqda;
– Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
– Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qeyd olunanlara baxdığımız zaman müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın olmur. Çünki, COP29 ilə bağlı turizm könüllülərinin hazırlanması və təlimatlandırılması işini yalnız “Turizm Könüllüləri” İctimai Birliyinin görə biləcəyi barədə qanuni (“Könüllü fəaliyyət haqqında” Qanun) əsas yoxdur.
Başqa bir müəmmalı məqam isə odur ki, Agentliyin satınalma müqaviləsi imzaladığı “Turizm Könüllüləri” İctimai Birliyinin təsisçisi Dövlət Turizm Agentliyinin turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradovdur.
“Dövlət satınalmaları haqqında” Qanunun 6.1.1. maddəsində açıq şəkildə göstərilir ki, təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda satınalma prosedurlarında iştirakına yol verilmir(Yeniavaz.com)
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadın öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib