Şenol Günəş: "Bu oyun bizim oynayacağımız bir oyun deyil"

img

20-09-2024 [09:55]


"Trabzonspor"un baş məşqçisi Şenol Günəş ötən axşam doğma meydanında "Bellona Kayserispor"la 2:2 bərabərə qaldıqları oyundan sonra jurnalistləər açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Şenol Günəş kmandasının oyununu tənqid edərək, meydanda yox kimi oynadıqlarını deyib:

"Gözləmədiyim zəif oyunu oynadıq. Halbuki daha inamlı və yüksələn xətlə oynamalı idik. Ancaq tam əksi oldu. Bu oyun bizim oynayacağımız bir oyun deyil. Futbolçulardan belə bir oyun gözləmirəm. "Trabzonspor" matçı oynayaraq qazanacaq. Bu gün biz meydanda yox idik. Biz bu sıxıntıı həl edəcəyik. Bunu həll edəcəyik. 3 gün əvvəl "Beşiktaş"la 10 nəfər qalıb savaşan komanda bu ola bilməz. Bu, belə davam etməyəcək".

Fərid Aslan
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR