"Qalatasaray" daha bir rəqibi əliboş yola saldı - "Aslan" "Fənərbağça" ilə derbiyə naməğlub gedir

img

18-09-2024 [00:09]


"Qalatasaray" Super Liqanın 3-cü turunun təxirə salınmış matçında "Qaziantep FK"nı məğlub edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Rizəspor”u 5-0 hesabı ilə məğlub edən "sarı-qırmızılı"lar bu oyuna da sürətli hücumlarla başlayıb.

"Aslan" artıq matçın 11-ci dəqiqəsində Barış Alper Yılmazın vurduğu qolla 1-0 önə keçib.

26-cı dəqiqədə Yunus Akgün fərqi artırıb - 2:0.

75-ci dəqiqədə isə Mişi Batşuayi Barış Alperin ötürməsini qola çevirib - 3-0.

Oyunun 81-ci dəqiqəsində "Qaziantep"in oyunçusu Furkan Soyalp qapıçı Musleranın  xeyli qabağa çıxdığını görüb təxminən mərkəzdən qapını nişan alıb - 3:1.

Oyun bu hesabla başa çatıb.

Bu qələbə ilə "Qalatasaray" liqada oynadığı 5 oyunun hamısından 15 xal toplayaraq bu həftə "fənərbağça" ilə derbiyə inamlı yollanacaq.

Fərid Aslan
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA