Türkiyədə iki terrorçu həbs edilib

img

17-09-2024 [15:09]


Türkiyənin Şırnak şəhərində PKK-çılara qarşı yeni əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, PKK/KCK-ya qarşı keçirilən əməliyyatda 8 şübhəli saxlanılıb: "Onladan ikisi haqda həbs qətimkan tədbiri seçilib".

Məlumata görə, bölgə Jandarma Komandanlığı şəhərdə əməliyyatların intensivliyini artırıb: "Hazırda həbs edilənlərin ətrafında istintaq tədbirləri aparılır..."

Xəbərdə o da deyilir ki, dağlıq bölgədə də bir terrorçunun axtarışı davam edir.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA