"Mançester Siti"in futbolçusu: "Bizim canımız da candır, bezdik"

img

17-09-2024 [14:45]



İngiltərənin "Mançester Siti"də çıxış edən 29 yaşlı isveçrəli Manuel Akanji 3 gündən bir rəsmi matç oynamalarına etiraz edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 29 yaşlı Manuel Akanji belə bir qərarı dəstəkləyən FIFA və UEFA-nı "topa tutub".

O, adıçəkilən qurumları futbolçuların həyatını düşünmədiyini iddia edib: "Siz də futbolçuları düşünməlisiniz. Axı, biz də insanıq, bizim də cvanımız candır. Bizim də bir həyatımız var. Bu sürətlə getsək, 30 yaşımda futbolu atacağam. Artıq bezmişəm”.

Təcrübəli müdafiəçi bildirib ki, ötən mövsüm klub və milli komandanın heyətində 56 matçda oynayıb: "Mövcud vəziyyət yüksək səviyyəli futbolçular yaxşı performans da göstərə bilmirlər..."

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA