İmişlidə açıq havada dərs və ya icra nümayəndəsi ilə qalmaqal... - Müəllimə işdən azad olundu (VİDEO, YENİLƏNİB)
18-09-2024 [11:18]
İmişlidə yeni məktəbin açılmamasına görə şagirdlərinə açıq havada dərs keçən müəllimənin əmək müqaviləsinə xitam verilib.
Mia.az xəbər verir ki, bu barədə Mil - Muğan Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə İmişli rayonu Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin məktəbin giriş qapısının qarşısında şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındırması ilə əlaqədar yayılan videolarla bağlı araşdırma aparılıb.
Məlumata iddia olunur ki, ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva məktəb rəhbərliyinin sentyabrın 16-da məktəbdə tədrisin İmişli rayon Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunacağı ilə bağlı verdiyi tapşırıqlara məhəl qoymadan həmin gün saat 08:00 radələrində sinif rəhbəri olduğu III-b sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb: "Müəllim qeyd olunanlarla kifayətlənməmiş, bu prosesi özünün TikTok sosial şəbəkə hesabından canlı videogörüntü paylaşaraq şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə edib. Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozub. Bununla əlaqədar məktəb rəhbərliyi tərəfindən məktəbin ilk həmkarlar təşkilatının rəyi nəzərə alınaraq, Leyla Nəcəfquliyeva ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq sentyabrın 17-də xitam verilib".
***
İmişlinin Aranlı kəndində yeni məktəb tikilsə də, uşaqlarınbu tədris ilində həmin məktəbə buraxılmamasına müəllimələrdən biri sensasiyalı etiraz edib.
Mia.az xəbər verir ki, bu barədə müəllimə yeni video yayıb.
Videoda müəllimə məktəbin girişində açıq havada balaca uşaqlara dərs keçirib. Bu zaman kənd icra nümayəndəsi olduğu iddia olunan şəxs prosesə mane olmaq istəyir.
Onlar arasında mübahisə sosial mediada böyük maraq oyadıb.
Maraqlıdır ki, Elm və Təhdil Nazirliyi bu fakta münasibət bildirməyib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Putinlə telefonda danışıb
"Napoli" Lukka ilə anlaşıb
Arda Turan: "Beşiktaş matçına hazırıq"
İmmobile "Bolonya"da ilk oyununda 2 qol atıb
Ərdoğan üç naziri yola salır - Kürəkəni yenidən nazir təyin ediilir
“Araz-Naxçıvan”ın oyunçusu "Trabzonspor"un qolçusunu şikəst edib - 4 həftə meydandanuzaq qalacaq
Qəzzaya hücum: daha 16 nəfər ölüb
Hava qızmar olacaq - İyulun 23-dək
Aİ ölkələrinə giriş çətinləşdi, saatlarla yoxlama və... - "Hətta 15 aktiv US, UK vizaları olan, 2 illik multi şengen vizayla gələnləri də saxlayırlar..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Daha heç kim bizi bu yerlərdən çıxara bilməz" - Prezident Xocalıda sakinlərlə bir arada + FOTOLAR (YENİLƏNİB)
Türkiyənin ən güclü partiyası - SORĞU
DİM məlumat yayıb
"Beşiktaş" Kerem Aktürkoğluyu transferə hazırlaşır - İki oyunçu və pul təklif olunub
"Azərbaycan Suriyada baş verən prosesləri yaxından izləyir"
“Xəzər TV”yə xəbərdarlıq olunub
Məscidin önünə siçovul buraxan şəxs cəzalandırıldı
Premyer Liqa: 2025/2026 mövsümünün püşkatması olub
Səbailin bir hissəsində işıq olmayacaq
Rusiyalı deputatlardan tələb: ""WhatsApp” bloklansın!" - Daha bir sosial media qapadılır
Çörəyi dizinin üstündə olanlar… - Təbriz VƏFALI YAZIR
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib
Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir
Prezident İlham Əliyev Qiyaslı kəndindəki tarixi məsciddə - FOTOLAR
"E-manat" bağlanır? - Lisenziya məhdudlaşdırıldı
İlham Əliyev Ağdamda: məktəb binasının açılışı oldu - FOTOLAR
Prezident İlham Əliyev Ağdamda müəssisəsinin açılışında - FOTOLALR
Sabah hava necə olacaq? - Proqnoz
SURİYA QAN GÖLÜNƏ ÇEVRİLİR: əşirətlər and içdi, dörd bir yandakı 50 min silahlı 150 minlik bölgəyə yol aldı - Hökumət qüvvələri isə... (FOTOLAR)
Bağçalara uşaq qəbulu başlayıb
Rəqsanə: "Dedi: "Otur burada, evinin qadını, balalarının anası ol" - "Mənim borclarımı bağladı, mənə ev və maşın aldı"
“Qarabağ” - “Şelburn” oyununun biletləri satışa çıxarılıb
Ələsgər Məmmədlinin səhhəti pisləşib - Tanınmış şəxslər Prezident İlham Əliyevə müraciət edib
Trampın səhhətində problem yaranıb - Xroniki venoz çatışmazlığı diaqnozu nədir? (FOTO)
Dövlət Xidməti 4 rayonda təmirə başlayır - 310 minlik sövdələşmə var
İmamoğlunun ətrafı "daranır" - Daha 18 nəfər həbs olunub
Azərbaycan nefti cüzi bahalaşdı