Bakıda istixana pomidor adıyla narkotik yetişdirilib - 882 kq narkotik aşkarlandı
KRİMİNAL
18.07.2025, 16:05
Bakı şəhərində narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsinə qarşı polis əməkdaşları tərəfindən xüsusi əməliyyat həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə Maştağa qəsəbəsində yerləşən bağ sahələrinin birində narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb.
Toplanan sübutlar əsasında həmin bağ evində yerləşən istixanada pomidor yetişdirilməsi adı altında çətənə kollarının əkildiyi müəyyən olunub.
Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 35 yaşlı Rəşad Həsənov saxlanılıb. Həmin şəxsə məxsus istixanaya baxış zamanı yaş halda çəkisi 881 kiloqram 415 qram olan 2066 ədəd narkotik tərkibli çətənə kolu və 485 qram marixuana aşkarlanıb.
Saxlanılan şəxs narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini və istixanada çətənə kollarının münbit şəraitdə yetişməsi üçün xüsusi damla-suvarma sistemi qurduğunu bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Həsənov saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Aparıcının hovuz əyləncəsi kabusa döndü
Bugün, 13:00 ŞOU-BİZNES
-
“Fənərbağça” tarixinin ən bahalı oyunçusunu alır – Klub rəsmiləri Fransada! (FOTO)
Bugün, 12:51 İDMAN
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:39 CƏMİYYƏT
-
Çempionlar Liqası: seçmə mərhələsinin cavab oyunları başlayır
Bugün, 12:32 İDMAN
-
Konfrans Liqası: 26 cavab oyunlarına start verilir
Bugün, 12:24 İDMAN
-
“Netflix” böyük dəyişikliyə hazırlaşır
Bugün, 12:19 MƏDƏNİYYƏT
-
SOCAR-da daha bir təyinat oldu
Bugün, 12:09 İQTİSADİYYAT
-
"Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini anlamıram" - Daha bir qalmaqallı məhkəmə prosesinə start verildi
Bugün, 12:08 CƏMİYYƏT
-
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs edildi
Bugün, 11:55 KRİMİNAL
-
İlham Əliyev: "İllər keçdikcə görürdüm ki, onların ümidləri yavaş-yavaş tükənir"
Bugün, 11:42 GÜNDƏM
-
İcra başçısının birinci müavini vəzifəsindən azad çıxarıldı
Bugün, 11:40 GÜNDƏM
-
ƏDV-nin depozit hesabında olan sərbəst vəsaitlərlə bağlı yeni qərar verildi
Bugün, 11:37 İQTİSADİYYAT
-
DİN: "Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın"
Bugün, 11:32 CƏMİYYƏT
-
PARTİYA SƏDRİNİN 17 İL ƏVVƏL ŞÜBHƏLİ ÖLÜMÜ: 25 nəfər saxlanılıb, 2 nəfər qaçıb
Bugün, 11:14 SİYASƏT
-
"Dövlət satınalmaları haqqında" qanuna dəyişiklik olunub
Bugün, 11:13 İQTİSADİYYAT
-
Xəzər dənizində qadın boğulub
Bugün, 11:12 GÜNDƏM
-
Türkiyə və İsrail Suriyada növbəti dəfə üz-üzə - Toqquşma olacaq?
Bugün, 10:58 GÜNDƏM
-
İlham Əliyev: "Azərbaycan və Rusiya münasibətləri normallaşıb"
Bugün, 10:58 GÜNDƏM
-
"Mən Zelenskinin mövqeyi ilə yaxşı tanışam, o..." - İlham Əliyev
Bugün, 10:39 GÜNDƏM
-
İlham Əliyevdən ABŞ-İran müharibəsinə şərh: "Bu gün nəyəsə proqnoz vermək çətindir"
Bugün, 10:29 SİYASƏT
-
İran Hörmüz boğazında daha iki yük gəmisini vurub
Bugün, 10:24 DÜNYA
-
Pensiyalar nə vaxt köçürüləcək? - Açıqlama
Bugün, 10:16 İQTİSADİYYAT
-
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb
Bugün, 10:07 CƏMİYYƏT
-
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda - CANLI YAYIM (Yenilənir)
Bugün, 10:01 GÜNDƏM
-
Rəsmi Tehrandan BMT Baş katibinə cavab verildi: “İranı günahlandırmaq məsuliyyətsiz və ədalətsizdir"
Bugün, 09:57 DÜNYA
-
"Avropa Şurasının Baş katibi məndən xahiş etdi ki..." - İLHAM ƏLİYEVDƏN AVROPAYA AÇIQ MESAJ
Bugün, 09:49 SİYASƏT
-
"Borrel vəzifədən getdikdən sonra... - Prezidentdən açıqlamalar
Bugün, 09:42 SİYASƏT
-
İlham Əliyev Şuşada: "Qonşularla əlaqə qurulmadan tranzit ölkəyə çevrilmək mümkün deyil"
Bugün, 09:29 GÜNDƏM
-
“Haluk Levent işi” böyüyür - Məşhur vəkil saxlanıldı
Bugün, 09:20 MƏDƏNİYYƏT
-
ABŞ-İRAN MÜHARİBƏSİ ŞİDDƏTLƏNİR: "Boğazı Tehran idarə etmir, edə bilməz" – Gecə qarşılıqlı hücumlar davam edib
Bugün, 09:04 GÜNDƏM
-
Haluk Levent milyonçunu da aldadıb? – 60 milyon dollarlıq iddia
Bugün, 00:34 MƏDƏNİYYƏT
-
“Fənərbağça”dan getdi, yeni komandasında da qala bilmədi
Bugün, 00:33 İDMAN
-
ABŞ İrana yenə zərbə endirib
Bugün, 00:15 GÜNDƏM
-
DÇ-2026-dan birbaşa Türkiyəyə tətilə gəldi – Bir restorana fantastik məbləğ ödənildi (FOTO)
Bugün, 00:10 İDMAN