"Trabzonspor"un oyunçusu üzr istədi: "İstəmədən etdiyim səhv idi"

img

16-09-2024 [16:51]


"Beşiktaş"la ötən axşam 1-1 bitən oyunun  13-cü dəqiqəsində qırmızı kartla meydandan qovulan "Trabzonspor"un futbolçusu Edin Viska üzr istəyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, istəmədən qırmızı kart almasına təəssüfləndiyini bəyan edib: "Təəssüf ki, komandama ən yüksək töhfəni vermək ehtirası ilə başladığım matçda aldığım qırmızı vərəqə ilə dostlarımı meydanda çətin vəziyyətdə buraxdım. Buna görə bütün ictimaiyyətimizdən, texniki komandamızdan və komanda yoldaşlarımızdan üzr istəyirəm. İstəmədən etdiyim səhv idi..."

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:09 03.12.2024

Sabah yağış yağacaq