Türkiyə klubundan sensasiyalı transfer - "Borussiya Dortmund"un 25.5 milyonluq oyunçusu alındı

img

12-09-2024 [16:40]


Türkiyə birinci liqasına yuvarlanan və Azərbaycan millisinin hücumçusu Renad Dadaşovun formasını geyindiyi "MKE Ankaragücü" sürpriz transferə imza atıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Ankaragücü" Almaniyanın "Borussiya Dortmund" komandasından Niko Şulzunu transfer edib.

Məlumata görə, 31 yaşlı sol cinah müdafiəçisi Niko Şulz artıq klubla rəsməi müqavilə imzalayıb.

Xatırladaq ki, futbolçu 2019-cu ildə "Borussiya Dortmund"da 25,5 milyon avroya transfer olunub.

O, Almaniya millisində də 12 dəfə forma geyinib.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR