“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar “Onları parçalasaq..." yazır
12-09-2024 [00:27]
Daşnaklara məxsus olan və ABŞ-dan yayımlanan ingilisdilli “armenianweekly” saytında Harut Sassounian “Armenia should exploit rifts between Azerbaijan and Turkey” (Ermənistan Azərbaycanla Türkiyə arasında yaranan çatlardan istifadə etməlidir) adlı məqalə ilə çıxış edib.
Türkiyə-Azərbaycan münasibətlərini incələyən yazar bəzi incə mətləblərə toxunub. Bu barədə biz də dəfələrlə yazmışıq. Yazmışıq ki, Ermənistan və onların havadarları Türkiyə-Azərbaycan münasibətlərində mövcud olan qarşılıqlı inamı və etibarı sarsıtmaq üçün min oyundan çıxırlar. Bu məqalədə isə daşnak yazar bu barədə açıq mətnlə, özü də birmənalı şəkildə danışır.
Məqaləni demək olar ki, olduğu kimi təqdim edirik. Nəzərə almaq lazımdır ki, yazı bir daşnak tərəfindən qələmə alınıb. Əminəm ki, düşmən tərəfin düşüncə və planları barədə məlumatlı olmaqda həmişə fayda var:
Erməni müəllif yazır ki, “düşmənlərinə” qarşı durmaq və ya onları zəiflətmək üçün ölkələrin arsenalında müxtəlif vasitələr olmalıdır. Onlardan ən bariz olanı hərbi gücün tətbiq olunmasıdır. Lakin Ermənistan ordusu zəif olduğuna görə bu vasitəni uğurla həyata keçirə bilmir.
Digər mümkün vasitə isə “düşmən” ölkənin daxilində qarışıqlıq yaratmaq üçün etnik azlıqları qızışdırmaqla “düşmən” dövlətlərdə mövcud olan sabitliyini pozmaqdır.
Üçüncü vasitə, “düşmən” xalqla onun müttəfiqləri arasında nifaq salmaqdır. Ermənistan özlərini “bir millət, iki dövlət” adlandıran iki “düşmən” qonşu olan Azərbaycan və Türkiyə ilə əhatə olunub. Ona görə də Ermənistan bu iki ölkə arasında narazılıq yarananda ortaya çıxan fikir ayrılıqlarını daha da dərinləşməsinə çalışmalıdır.
Son 30 ildə Ermənistan iki “düşmən” dövlət arasında 3 dəfə yaranmış ziddiyyətin şahidi olub.
İlk fürsət 1995-ci ilin martında Türkiyədəki bəzi qruplaşmaların dəstəklədiyi Azərbaycan ordusunun müəyyən bölmələrinin Azərbaycan prezidenti Heydər Əliyevə qarşı dövlət çevrilişi etməyə cəhd edəndə yarandı. Onlar 1993-cü ildə Heydər Əliyev tərəfindən devrilmiş Əbülfəz Elçibəyin yenidən hakimiyyətə qayıtmasını istəyirdilər.
Əsas köməkçiləri çevriliş cəhdində əli olan Türkiyənin baş naziri Tansu Çillər idi. Çevrilişin qarşısı Türkiyə prezidenti Süleyman Dəmirəl tərəfindən alındı. O, sui-qəsddən xəbər tutdu və Heydər Əliyevi xəbərdar etdi. Vikipediyada yazılıb ki, hərbi çevrilişə cəhd “Türkiyə ilə Azərbaycan arasında diplomatik böhrana səbəb oldu”.
Ermənistan hökuməti Azərbaycanda dövlət çevrilişinə cəhddən və bunun nəticəsində Azərbaycanda hökm sürən xaosdan istifadə edərək iki “düşmən”i ölkəni bir-birindən daha da uzaqlaşdırmaq üçün hərəkətə keçməliydi. Əlimizə belə bir fürsət düşmüşdü. Ancaq Ermənistan bu ixtilafı geniş şəkildə qabardaraq ictimailəşdirməklə ziddiyyətləri daha da dərinləşdirə bilmədi.
Azərbaycan və Türkiyə arasında ikinci böhran 2009-cu ildə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasını, o cümlədən rəsmi diplomatik münasibətlərin qurulmasını, Ermənistan-Türkiyə sərhədinin açılmasını və “erməni soyqırım”ı ilə bağlı araşdırmalar üçün birgə tarixi komissiyanın yaradılmasını nəzərdə tutan Sürix protokollarının imzalanması zamanı baş verdi. Bu protokollar ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə ortaya çıxdı.
Türkiyə Ermənistanla münasibətləri normallaşdırsaydı “artsax münaqişəsi”ndə Azərbaycanın Ermənistana təzyiq imkanları zəifləyəcəkdi. Bundan ehtiyatlanan Azərbaycan protokollara qarşı çıxdı.
Türkiyə bir neçə ziddiyyətli maraqların ortasında qaldı:
1) Türkiyə öz şəxsi maraqlarını güdmək istəyirdi, bu da “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınması ilə bağlı uzun müddətdir davam edən erməni tələblərini aradan qaldırmaq üçün Ermənistanla antaqonist münasibətlərini yumşaltmaq idi;
2) Türkiyə bu protokolları ratifikasiya etmək üçün ABŞ, Rusiya və Fransa tərəfindən təzyiqlərə məruz qalırdı;
3) Türkiyənin kiçik tərəfdaşı olan Azərbaycan əvvəlcə Türkiyəyə diplomatik təzyiq göstərdi və daha sonra qazın ixracını dayandıracağı və ya qiymətinin artırılması ilə hədələdi. Bu, istənilən effekti vermədikdə, Azərbaycan Bakıda Türkiyə tərəfindən maliyyələşdirilən bir neçə məscidi bağladı və Türkiyə bayraqlarını endirdi. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması “Azərbaycanın milli maraqlarına birbaşa ziddir və Azərbaycan ilə Türkiyə arasında dərin tarixi köklərə söykənən qardaşlıq münasibətlərinin ruhuna kölgə salır”.
Ermənistan bir daha bu münaqişədə sadəcə seyrçi rolunu oynadı. Nəhayət, Türkiyə azərbaycanlıların təzyiqlərinə boyun əydi və protokolları ratifikasiya etməkdən imtina etdi.
Ankara ilə Bakı arasında üçüncü mübahisə hal-hazırda baş verməkdədir. Ərdoğan iyulun 28-də belə bir bəyanat verdi: “Necə ki, Qarabağa, Liviyaya girdiyimiz kimi, İsrailə də elə girərik. Bizə heç nə mane olmur. Sadəcə bu addımı atmaq üçün güclü olmalıyıq”.
Daşnak müəllif yazır ki, Azərbaycan rəsmiləri Ərdoğanın bu bəyanatına kəskin etiraz etdilər.
Erməni müəllif həyasızcasına iddia edir ki, Azərbaycan 2020-ci il müharibəsində türk hərbçiləri və komandirləri, eləcə də Türkiyənin ermənilərə qarşı döyüşmək üçün Suriyadan Azərbaycana gətirdiyi minlərlə cihadçı muzdlular tərəfindən dəstəklənib.
Erməni yazır ki, Azərilərin təkziblərinə baxmayaraq, Ərdoğan türk ordusunun “artsax münaqişəsi”ndə iştirakı ilə bağlı bəyanatını təkrarlamaqda davam edib. O, avqustun 1-də deyib: “Azərbaycanın Qarabağında azərbaycanlı qardaşlarımızla birlikdə düşmən qüvvələrini tamamilə məhv etdik”...
Müəllif ona sevinir ki, Ermənistanın baş naziri avqustun 31-də keçirdiyi mətbuat konfransında müxbirin sualını cavablandırarkən Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salan bu məqama belə reaksiya verib: “44 günlük müharibə zamanı bir çox yerlərdə hərbçilərimiz, kəşfiyyatçılarımız türk bayraqları, türk əsgərləri, Türkiyə Xüsusi Eskadronu və türk yüksək rütbəli zabitləri görüb. Unutmayaq ki, 44 günlük müharibədən əvvəl Azərbaycanla Türkiyə arasında irimiqyaslı hərbi təlimlər keçirilirdi. Və bütün müharibə zamanı Türkiyəyə məxsus F-16 təyyarələri sözün həqiqi mənasında havada olub, Türkiyəyə məxsus dronlar isə türk personalı tərəfindən idarə olunub”.
Gördüyünüz kimi, Nikol Paşinyan da bu fürsətdən yararlanmağa çalışır. Ancaq bu bəyanatın üstündən xeyli vaxt keçsə də Türkiyə-Azərbaycan münasibətlərində hər hansı kənaraçıxma nəzərə çarpmadı...
Məqalənin sonunda daşnak müəllif Türkiyə ilə Azərbaycanın münasibətlərini pozmaq üçün Ermənistanın görməli oldu işləri bir daha vurğulayır. Yazır ki, müasir müharibələr təkcə silahla aparılmır. Millətlər həm də psixoloji müharibədən istifadə edir, dezinformasiya yayır, düşmən ölkələrdə daxili qarışıqlıqları qızışdırır, böl və qalib gəl taktikasına əl atırlar. Müəllif yazır ki, Ermənistan bütün bu vasitələrdən düşmənlərini (yəni Türkiyə və Azərbaycanı) sarsıtmaq və milli maraqlarını müdafiə etmək üçün istifadə etməlidir.
Əgər Ermənistanın bu cür əməliyyatları həyat keçirmək üçün təcrübəsi yoxdursa, düşməni daxildən zəiflətmək üçün Ermənistanın silaha xərclədiyi milyonların kiçik bir hissəsi müqabilində işə götürə biləcəyi konsaltinq firmaları var. Onlar bu işi ustalıqla həyata keçirə bilərlər...
Mən çox istərdim ki, daşnak yazarın etiraf dolu bu məqaləsinə Türkiyə mediası da xüsusi diqqət ayırsın. Türkiyədə də hər kəs bilməlidir ki, düşmən öz işindədir. Və bizim birliyimizi parçalamaq üçün ağla gələn və gəlməyən bütün vasitələrdən istifadə edirlər. Türkiyə və Azərbaycan olaraq biz düşmənin məkrli planlarından vaxtında xəbər tutmalı və o planların baş tutmasına imkan verməməliyik.
Xalq arasında yaxşı bir məsəl var: “Ətlə dırnağın arasına girən iylənib çıxar”. Görünür, ermənilər bu məsəldən hələ xəbəri tutmayıblar...
Elbəyi Həsənli, Sürix
MİA.AZ
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Siyəzəndə avtomobil yanıb, iki uşaq ölüb
Mehriban Əliyevadan təyyarə qəzasıyla bağlı paylaşım - FOTO
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır - Yeni sədrin imzasıyla
Afrika Millətlər Kuboku: hansı komandalar qalib gəlib?
Ankarada FETÖ üzvləri tutulub
İstanbulda əməliyyat: terrora hazırlaşan 115 İŞİD üzvü saxlanılıb
Prezident bir il əvvəl qəzaya uğrayan AZAL-ın təyyarəsi ilə bağlı paylaşım etdi - FOTO
Azərbaycanın valyuta ehtiyatları artıb - 84 milyard dolları ötüb
Azərbaycan nefti bahalaşdı
QARABAĞA KÖÇ DAVAM EDİR
Ağdam şəhərinə 308 nəfər köçürülüb
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...
Müğənninin ölümündə "əl"i olan qızını həbsxanada döyüblər
MHP lideri liderindən diqqətçəkən açıqlama: "Qəza düşündürücüdür..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı