"Sirab" ASC niyə hədəfə gəlib?

img

11-09-2024 [13:49]


Babək "Sirab" ASC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, sənədə Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin hakimi Zamiq Əliyevin sədrliyi ilə sentyabrın 24-də baxılacaq.

Xatırlatma: Dövlət Gömrük Komitəsi ASC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Qeyd: Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Namiq Novruzovdur. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA