Azərbaycana qanunsuz gətirilən 25 kq gümüş... - FOTO

img

11-09-2024 [10:00]


Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 25 kq-dan çox gümüşün qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.

Mia.az Komitəyə istinadən xəbər verir ki, Bakı-İstanbul aviareysi ilə gedən ölkə vətəndaşının baqaj yüklərinə rentgen qurğusunda keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.

2 ədəd baqaj yüklərində aparılan yoxlama zamanı ümumilikdə 77 ədəd kütlədən ibarət 25 kiloqram 56 qram gümüş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA