Ərəblər "Real Madrid"in baş məşqçisinə astronomik məbləğ təklif etdi - İtalyan məşqçi Səudiyyəyə gedir?

img

10-09-2024 [15:08]


"Real Madrid"lə 2026-cı ilə qədər müqaviləsi olan məşqçi Karlo Ançelottiyə Səudiyyə Ərəbistanından astronomik təklif gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, italiyalı məşqçi pensiyaya yollanmadan gələn bu təklifi dəyərləndirmək zorunda olduğunu gizlətməyib.

İddiaya görə, məbləğ o qədər yüksəkdir ki, italyan məşqçi buna "yox" deyə bilmir.

Xəbərdə o da deyilir ki, "Real Madrid" "qan dəyişikliyi" baş verərsə, baş məşqçi postuna "Real"ın türkiyəli oyunçu Arda Güləri bu yay icarə əsasında heyətinə qatmaq istəyən "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso gətirilə bilər: "Əgər onunla anlaşma olmasa, o zaman digər variant kimi Yurgen Kloppun üzərində dayanılacaq".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR