AZƏRBAYCANDA PSİXOLOJİ XİDMƏT SAHƏSİNİN DURUMU

img

10-07-2014 [23:37]


Azərbaycanda bir neçə il ərzində psixologiya və psixoloji xidmətin məşhurlaşması nəticəsində hara daş atırsan gedir "psixoloqa” dəyir. 

Iş o yerə çatıb ki, bəzi satıcı və ya xidmət sektorunda çalışan şəxslərin belə aralarında elələri var ki, neçə illər yüzlərlə insan gördüyü və artıq hansı müştərinin necə olduğunu haqqında fikir bildirdiyi üçün özünü psixoloq hesab edir. Bu yerdə bildirmək istəyirəm ki, psixologiya və yaxud psixoloqluq təkcə insanın üzünə baxıb həmin şəxsin necə insan olduğunu deyə bilmək deyil. Əlbəttə ki, insanı tanıma adi insanlarda da formalaşa bilən gözəl keyfiyyətlərdəndir. Ancaq söhbət əgər peşəkarlıqdan və əsl psixoloji xidmətdən gedirsə bu tamamilə geniş və daim öyrənilməsi, təkminləşdirilməsi vacib olan bir peşədir. Ölkəmizdə get-gedə önə çıxan və böyük ehtiyac duyulan psixoloji xidmət sahəsi bəzi insanların aldanmasına da səbəb olmuşdur. Bunun kökündə bir çox insanların bu sahənin dəqiq koordinatlarından xəbərsiz olması, eləcə də intiusiyası reklamına güvənib özünə psixoloq deyən, ancaq nəticə etibarı ilə kortəbii iş görüb pul qazanmağa çalışan işbazların əməlləri dayanır. Bacarana baş qurban bu sahə üçün keçərli ola bilməz. Çünki nəzərə alsaq ki, söhbət insan həyatından gedir deməli burada ciddi şəkildə iş və məsuliyyət tələb olunur. Bir çoxları "dəlləkliyi sizin başınızda öyrənməyə” çalışa bilər. Bəziləri oxuduqları adlı-sanlı universitetlərinin adının arxasına gizlənərək heç bir iş görmədən nəsə edirmiş kimi göstərə bilər özünü. Elə konsultasiya keçənlər var ki, sizi qabaqlarında oturdub Aristotelin, Oşonun və s. filosofların fikirləri ilə sizi sağaltmağa çalışar (Əlbəttə bu yeri gəldikdə peşəkar seanslarda da istifadə edilə bilər.) Bəzi işbazlar sizi elə duruma gətirə bilər ki, siz psixoloqlara qarşı üsyankarlıq da edə bilərsiniz "bütün psixoloqlar yalançıdır” deyə. Ancaq bu belə deyil sadəcə siz doğru ünvana getməmisiniz. Azərbaycanda yetərincə peşəkar və keyfiyyətli xidmət göstərən psixoloqlar və psixologiya mərkəzləri var. Təbii ki, bunların yanında işin nədən ibarət olduğunu belə bilməyən şəxslər olacaq. Ancaq sizin düzgün istiqamətlənməyinizdən çox şey asılıdır. Hər halda yaxşı natiqlik qabiliyyətinə güvənib sizinlə elmi-bəddi cümlələrlə amma adi insan, dost, bacı, qardaş səviyyəsində söhbət edən insanlara pul ödəmək və məchul nəticə almaq istəməzsiniz. Diqqətinizi çəkmək istədiyim məqam budur ki, bir problem qarşısında qalarkən adi şəxslərlə etdiyiniz söhbətlə psixoloji seanslarda psixoloqla edəcəyiniz söhbətin çox dərin fərqləri vardır. Psixoloji dinləmələrin arxasında müəyyən olunmuş terapiyalar, fikrinizi aydınlaşdırmağa yönəlmiş suallar, minlərlə insanla sınaqdan keçirilib təsdiqini tapmış üsullarvə s nəzərə alınan bir çox arqumentlər vardır. Bu o demək deyil ki, adi insanların sizə buyurduğu məsləhətlər cəfəngiyyatdır. Ancaq fərq buradadır ki, sizin daha çətin problemləriniz qarşısında onlar sizə fikir verməməyi məsləhət görəcəkdir və ya sizi əyləndirməyə çalışaraq məsələni yadınızdan çıxarmaq istəyəcəkdir. Bunun başqa tərəfi sizin çətin məsələlər haqqında çox söz açmanızdan sıxılan həmin adi dinləyicilər siz özünüz sağalanadək sizdən uzaqlaşmağa belə başlaya bilər. Peşəkar psixoloqların isə empatiyası isə sizi dəfələrlə səbrlə dinləməyə, mənimsədiyi sabitləşmiş metodikalarla probleminizi birlikdə çözməyə qadir olan peşə sahibidir. Psixoloq hər bir kəsə fərdi yanaşır. Müəyyən edilmiş situasiyanın məhz sizin necə çözə biləcəyinizi müəyyənləşdirir və ona uyğun istiqamət verir. Hansı ki, adi dinləyənlərin bunu nəzərə alma ehtimalı çox aşağıdır. Onlar özləri edəcəyi kimi yönəldə bilərlər sizi və nəticə tamamilə fərqli ola bilər. Başda da bildirdiyim kimi bu gün bu sahənin yeni olması və maraq doğuran tərəflərinin çox olması sizi cəlb etmək üçün istifadə edilən silaha çevrilə bilər. Sosial şəbəkələrdə bir sıra aşağı kurs tələbələri və ya psixologiya ilə əlaqəsi olmayan şəxslər adının önünə "psixoloq” artırmaqla diqqət çəkməyə çalışa bilər (bunu təcrübəli insanlar da qeyd edə bilər) Bir iki bədən dili və ya fizioqnomika ilə bağlı kitab oxuyub və youtube da bunla bağlı üç-dörd rolik izləyən adi şəxslər özlərini artıq psixologiyaya həsr etdiklərini, peşəkar səviyyədə olduqlarını iddia edə bilərlər. Eləcədə günümüzdə bir sıra amerkan fərdi inkişaf kitablarından bəhrələnən birisi özünü bu sahə üzrə mütəxəssis adlandırmaqdan çəkinməz. İki aylıq psixokonsultasiya kursunun sertifikatı ilə də hər şey bitmir. Unutmayın psixologiya daim öyrənilməsi, dəqiq qərar çıxarılması, araşdırılması, təcrübə əldə edilməsi, lazımi anda digər mütəxəssislərdən məsləhət alınması, insanı ilk olaraq düşünməsi labüd olan bir sahədir. Hansı ki, hər hansı bir təcrübəni bəlkə də peşəkar kariyeranın lap sonlarında da eldə etmək ehtimalın var. Psixoloq Zahid Tağıyev

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...