Rəqib iki qırmızı aldı, "İnter" qalib gəldi - Avroliqa

img

10-07-2014 [22:47]


Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin növbəti cavab  oyunları keçiriib.

Mia.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı Bakının "İnter" klubu Moldovanın"Tiraspol" klubunu qəbul edib. 


Səfərdə keçirilən ilk oyunda 3:2 hesablı qələbə qazanan Kaxaber Sxadadzenin komandası Bakıda da rəqibini darmadağın edib - 3:2.


Mia.az xəbər verir ki, oyunda hesabı rəqib komanda açıb. Lakin 2-ci hissədə toparlanan komandamız rəqib qapısından 3 top keçirib. Qolları  Arif Dəşdəmirov (79), Baçana Sxadadze (84), Mirzağa Hüseynpur (90+1) vurublar.

Onu da qeyd edək ki, rəqib komandadadn Georgiev (77),  Japaridze (83) qırmızı kartla meydandan qovulublar. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA