Bir anın içində həyatı dəyişən qız - VİDEO

img

10-07-2014 [19:12]


Belçika yığmasının dünya çempionatında Argentinaya məğlub olmasına baxmayaraq, bu ölkənin azarkeşi Aksel Despigeler bir anda məşhurlaşıb.

17 yaşlı Aksel Belçika-Rusiya matçı zamanı fotoqrafların diqqətindən yayınmayıb. 

Bundan sonra yeniyetmə qızın həyatı büsbütün dəyişib. Başında sarı, qırmızı, qara rəngli papaqla ölkəsini salamlayan Akselin fotoları bir çox qəzet və jurnalların üz qabığını bəzəyib.
 
Vətəninə qayıdan Aksel facebook sosial şəbəkəsində adına qrup yaradıldığını və onu 20 min insanın bəyəndiyini görüb. Bu azmış kimi L’Oreal şirkəti Aksellə müqaviləyə bağlayaraq, onu model kimi çalışmağa  dəvət edib.  
 
Aksel şirkətin saç məhsullarının reklam çarxında modellik edəcək. Müqavilənin məbləği açıqlanmır.


Fanat.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA