"8 saylı seçki dairəsində nəticələr ləğv olunmalıdır" - Namizəd MSK-ya şikayət etdi

img

04-09-2024 [11:56]


"8 saylı seçki dairəsində saxta nəticələrin ləğv edilməsi üçün şikayət yazdım. Əlimizdə təkzibedilməz faktlar var".

Mia.az xəbər verir ki, bu sözləri sosial media hesabında həmin dairə üzrə namizəd olmuş Mustafa Hacıbəyli yazıb.

Onun sözlərinə görə, Əli Həsənovun parlamentdəki son nümayəndəsi olan Azay Qulyevin guya on minə yaxın səs toplaması haqda qanunsuz qərar ləğv edilməlidir: "Dairə ərazisində seçkiyə ümumilikdə 3 min civarında seçici gəlib. Onların da əksəriyyəti mənə və rejimin dəstəkləmədiyi digər namizədlərə səs veriblər.

Məqsədimiz mandat almaq deyil, bizi parlamentə buraxmayacaqlarını əvvəlcədən bilirdik. Məqsədimiz ədalət mücadiləsini bir addım da önə daşımaqdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq