“Azərsun"un tabeliyində olan şirkət "Yeganə" şadlıq evi ilə məhkəmədə çəkişir

img

04-09-2024 [09:49]


Azərbaycanda qida məhsullarının istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlər biri olan “Azərsun holdinq"ə bağlı “Sun Food” MMC (VÖEN – 9900020861) “Yegane Palace” MMC-yə (VÖEN – 1404872921) qarşı məhkəmə iddiası qaldırıb.

 Məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib. 

Məlumat üçün bildirək ki, iddia alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlıdır.

Qeyd edək ki, “Yegane Palace” barəsində iddia qaldıran “Sun Food” MMC 2003-cü ildə yaradılıb. Nizamnamə kapitalı 110 milyon 225 min 20 manat olan MMC-nin qanuni təmsilçisi Gökhan Taşdemirdir.

Barəsində iddia qaldırılan “Yegane Palace” MMC 8 oktyabr 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Səfərov Şahin Ziyadxan oğludur. MMC-nin hüquqi ünvanı Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi ev 15, m. 109-da yerləşir.

Onu da bildirək ki, Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində fəaliyyət göstərən məşhur “Yeganə” şadlıq sarayının da “Yegane Palace” MMC-yə məxsus olduğu bildirilir. Dövlət Vergi Xidməti “Yegane Palace” MMC-nin dövlət büdcəsinə 91 min 798 manat 81 qəpik vergi borcunun olduğunu açıqlayıb(Yeniavaz.com)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA