Nyu Yorkda festivala hücum - 5 nəfər güllələnib

img

03-09-2024 [11:16]


ABŞ-ın Nyu-York şəhərində Karib Karnavalı paradına silahlı hücum olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  silahlı şəxs festival iştirakçılarını atəşə tutub.

İlkin məlumata görə, atəş nəticəsində biri ağır olmaqla 5 nəfər yaralanıb: "Hücum Bruklin bölgəsindəki tədbirin keçirildiyi məkanda baş verib. Karib dənizi mədəniyyətini qeyd edən parad zamanı bir kişi kütləyə atəş açıb. Silahlı hücumun səbəbi bəlli olmasa da, hücum edənin 20 yaşlarında bir kişi olduğu açıqlanıb. Hazırda onun axtarışı davam edir".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR