"Trabzonspor"un prezidenti: "Yerli və əcnəbi baş məşqçilərlə görüşürük"

img

03-09-2024 [00:07]


Abdullah Avcı ilə yollarını ayırdıqdan sonra baş mıqşçi postuna uyğun mütəxəssis axtaran "Trabzonspor"un prezidenti Ərtoğrul Doğan Şenol Günəşlə görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdən sonra “A Spor”a açıqlama verən klub rəhbəri onunla anlaşmadığını deyib.

Doğan bildirib ki, “Trabzonspor”u stresli vəziyyətdən çıxaracaq gücdə olan mütəxəssislərlə görüşlərini davam etdirir: "Şenol Günəş, Fatih Təkkə və Hüseyn Çimşir "Trabzonspor" üçün çox önəmli mütəxəssislərdir. Digər namizədlərlə də görüşəcəyik. "Trabzonspor"u bu stresli mühitdən uzaqlaşdıracaq baş məşqçi ilə ən qısa zamanda müqavilə imzalayacağıq".

Klub rəhbəri deyib ki, həftə sonuna qədər yerli və əcnəbi məşqçilərlə görüşüb məsləhətləşəcək.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb