Prokuroru döyüblər - Türkiyədə 

img

02-09-2024 [00:45]


Türkiyədə Yargıtay Apellyasiya Məhkəməsinin Prokuroru Necip Cem İşmen möhkəm döyülüb.

Mia.az Türkiyə mətbuatına istinadla məlumatına görə, o, "Fənərbağça" - "Alanyaspor" matçını izlədikdən sonra dayanacaqdan çıxarkən arxadan davamlı siqnal verən sürücü ilə mübahisə edib. 

Yayılan videodan görünür ki, Necip Cem İşmen matçdan sonra dayanacağın kassasına pul ödəyrkən əsəbi sürücü davamlı onu tələsdirib.

Bu zaman o, avtomobilə yaxınşaraq irad bildirmək istəyib.

Bu zaman sürücü aşağı düşərək ona zərbələr endirib. Yumruq zərbələrində yerə yıxılan prokuroru ətrafdakı adamlar sürücünün əlindən alıblar.

Xəbərdə o da deyilir ki, hadisədən az sonra döydüyü şəxsin prokuror olduğunu bilən sürücü qaçıb: "Qaçan sürücünün üzərində 7 cinayət faktının  olduğu da müəyyən olunub. Hazıra o, axtarılır, onun maşınında olan iki nəfər isə tutulub...".

Firudin Səfərli

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq