PA rəhbəri və COP29-un Təşkilat Komitəsinin üzvləri Bakı Olimpiya Stadionunda - FOTOLAR

img

27-08-2024 [22:55]


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin sədri Samir Nuriyevin rəhbərliyi altında Təşkilat Komitəsinin bir sıra üzvləri Bakı Olimpiya Stadionuna baş çəkiblər.

Mia.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlıq prosesinin gedişatı barədə təqdimat keçirilib.

Sonra Prezident Administrasiyasının rəhbəri və onu müşayiət edən şəxslər Mavi və Yaşıl zonalar, o cümlədən Liderlər Sammiti, ölkə pavilyonları, plenar zallar, əlavə tədbirlər, media üçün ayrılmış məkan və digər məntəqələrə baxış keçirib, infrastrukturun qurulması üzrə aparılan işlərlə tanış olublar.

Sonda Təşkilat Komitəsinin sədri aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA