Azərbaycan helikopter bölmələri ilə döyüş atışlı təlimdə - VDEO

img

27-08-2024 [10:19]


Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə döyüş atışlı təlim keçirilib.

Müdafiə Nazirliyindən Mia.az-a bildirilib ki, uçuşdan əvvəl tapşırıqlar xəritə üzərində dəqiqləşdirilib, hədəf hesabatı aparılıb və şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb.

Plana uyğun olaraq, helikopter bölmələri qrup şəklində bazalanma aerodromundan uçuşlar edərək poliqonda şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA