Gəncə bazarında qan töküldü - 37 yaşlı şəxs bıçaqlanıb

img

27-08-2024 [09:15]


Gəncədə bazarda 37 yaşlı şəxs bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Mia.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Vüsal Əsgərov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, ötən gün Gəncə şəhər ərazisində yerləşən bazarların birində mübahisə zəminində 1987-ci il təvəllüdlü Araz Məmmədov bıçaqlanıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA