İsrail Mahmud Abbasın Qəzzaya səfərini əngəlləyib - Fələstin rəhbərliyi BMT-yə şikayət edib

img

23-08-2024 [16:32]


İsrail Fələstin prezidenti Mahmud Abbasın Qəzza zolağına səfər etmək istəyini rədd edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin prezidentinin xüsusi nümayəndəsi Riyad əl-Maliki açıqlama verib.

O, Fələstin prezidentinin Fələstin ərazisinin heç bir hissəsinə səfər etmək üçün icazəyə ehtiyacı olmadığını desə də, İsrailin faktiki Mahmud Abbasın səfərini əngəllədiyini etiraf edib: "Bu əngəllə bağlı qərar Qəzzanın İsrailin hərbi işğalı altında olduğunu bir daha təsdiqləyir".

Rəsmi şəxs deyib ki,  Fələstin prezidenti Mahmud Abbasın İsrailin qadağa ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət olunub: "Şuradan bu qadağanınləğvi ilə bağlı dəstək və təhlükəsizlik zəmanəti tələb edilib...."

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA