Baş məşqçi: "Mən vaxt yox, dəstək istəyirəm”

img

23-08-2024 [09:38]


"Trabzonspor"un baş məşqçisi Abdullah Avcı UEFA Konfrans Liqasının pley-off mərhələsində  İsveçrənin "St. Gallen" komandası ilə bərabərə (0:0) qaldıqları oyuundan sonra iddialı açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, hesabdan razı qalmadığını deyib.

Abdullah Avcı 70 dəqiqə üstün oynadıqlarını xüsusi vurğulayaraq qeyd edib ki, komandası qol epizodlarını reallaşdıra bilməyib: "Cavab oyununda azarkeşlərimizin dəstəyi ilə oyuna hakim olan və matçda qalib gəlmək istəyən komanda olaraq qalib gələcəyik. Bu oyun "PlayStation"da belə sürətlə inkişaf edən bir oyun deyil. "Trabzonspor" azarkeşləri ilə birləşdikdə güclüdür. Yaxşı bir komandayıq, qalib gələ bilmədiyimiz üçün üzülürük, bu böyük markanın avroliqalarda yarışacağına ehtiyacımız var. "Trabzonspor" ölkənin ən böyük markalarından biridir, İstanbuldan çempionluq qazananda o, iqtisadiyyatı ilə deyil, xarakteri ilə bunu qazanıb. İndi azarkeşlərimizə deyirəm, mənə vaxt deyil, dəstək lazımdır...". 

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb