Ukrayna Rusiya yanacaq çənlərini daşıyan bərəni vurub - VİDEO

img

23-08-2024 [00:55]


Ukrayna Rusiyanın cənubundakı Krasnodar bölgəsindəki "Kavkaz" limanına zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 30 yanacaq çəni olan bərə-gəmidə güclü yanğın başlayıb.

Limanın yerləşdiyi Temryuk şəhərinin meri Fyodor Babenkov hücumu təsdiqləyib: "Kavkaz Limanında dəmir yolu nəqliyyatında istifadə üçün nəzərdə tutulan yanacaq çənləri ilə yüklənmiş bərə hücum nəticəsində batıb. Hadisə zamanı limanda olan işçilər təxliyə olunub, ölən və yaralananlar yoxdur"

Xatırladaq ki, Rusiyanın Qara dənizə ən böyük çıxışı olan Kavkaz Limanı strateji əhəmiyyətə malikdir.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA