Ukraynanın 5 gün əvvəl vurduğu yanacaq deposunda yanğın davam edir - 47 yaralı var

img

22-08-2024 [14:56]


Rusiyanın Rostov vilayətində yanacaq deposunda baş verən və 5 gündür davam edən yanğın hələ də söndürülməyib.

Mia.az TASS-a istinadla xəbər verir ki, avqustun 18-də Rostovda Proletarsk yanacaq deposundan anbarında baş vermiş yanğının söndürülməsinə 500-dən çox yanğınsöndürən cəlb olunub: "Lakin 5 gündür yanğını sondürmək mümkün olmayıb. Yanğınsöndürməyə qatılan 47 yanğınsöndürən isə  əməliyyatda müxtəlif dərəcəli xəsarətlər alıblar".

Rostov vilayətinin qubernatoru Vasili Qolubyev bildirib ki, yanğın Ukrayna ordusuna məxsus PUA-nın zərbəsindən sonra başlayıb: "Təəssüf ki, yanğını söndürmək hələlik mümkün olmayıb..."

Samir Musayev

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA