BAYDEN ORDUYA ƏMR VERDİ: "Üç ölkəyə qarşı nüvə hücumuna hazır olun"

img

22-08-2024 [00:10]


ABŞ-ın məşhur qəzeti "New York Times" qəzeti prezident Co Baydenin Amerika ordusuna verdiyii məxfi əmrlə bağlı sensasion məqalə yazıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məqalədə Co Baydenin Amerika ordusuna Rusiya, Çin və Şimali Koreya ilə mümkün koordinasiyalı nüvə müharibəsinə hazırlaşmağı əmr etdiyi bildirilib.

Məqalədə hər üç ölkədən dünyaya gələn nüvə təhdidlərinə yer verilib, qeyd olunub ki, Amerika rəhbəri bunu nəzərə alaraq hər 4 ildən bir gizli şəkildə yenilənən və heç bir elektron yazı versiyası olmayan əmri imzalayıb: "Əmr yalnız kağız üzərində olub və əsasən, Çinin genişlənən nüvə texnologiyası, Rusiya və Şimali Koreyadan isə artan təhdidlərə qarşı önləyici hücum faəliyyətinə daim hazır olmaq tapşırığından bəhs edilib. Əmrdən Ağ Evdəki bir neçə təhlükəsizlik üzrə yüksək vəzifəli şəxs və Pentaqon rəhbərliyi məlumatlı olub. Vəssalam!".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR