Deputatlığa namizəd dörd nazirliyi məhkəməyə verib

img

21-08-2024 [18:05]


59 saylı Quba seçki dairəsindən namizəd olan Aytən Bədəlbəyli dörd nazirliyi məhkəməyə verib.

Mia.az
Qaynarinfo-ya istinadla xəbər verir ki, o, Bakı İnzibati Məhkəməsində Elm və Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Ədliyyə nazirlikləri barəsində iddia qaldırıb.

Aytən Bədəlbəylinin iddiası inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədardır.

Aytən Bədəlbəyli heç bir siyasi partiyanı təmsil etmir. O, seçkiyə bitərəf kimi qatılıb.

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycan Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq