09-07-2014 [17:19]
Rahil Sayadoğlu
"Hər kəs xoşbəxtliyə can atır. Hətta intihar edənlər də.” Dahilərdən birinin dediyi bu fikri belə davam edərdim: "... Amma ölümün verdiyi xoşbəxtlik yox, boşbəxtlikdir. Çünki bir şey yoxluq və boşluq deməkdirsə, o, necə xoşbəxt edə bilər ki, adamı?!”
Bu gün Azərbaycan sözün hər bir mənasında Odlar Yurdu adını doğrultmaqdadır. Hamı yanır. Kimi inkişafdan, kimi pulun çoxluğundan, kimi yoxluğundan, kimi seksual aclıqdan, kimi mental dəyərlədən və s. və ilaxır. Bu alovun tüstüsü də özüylə Azərbaycan səmasına yeni bir virus yaymaqdadır. Varlısı da, kasıbı da, kiçiyi də, böyüyü də çətinə düşən kimi çarəni intiharda görür. Hansı ki, ən böyük çarəsizlikdir. Durub burda uzun-uzadı dastan yazsam, bunu oxuya-oxuya kiminsə səbri daşıb gedib özünü ata bilər. Mən zarafat eləmirəm. Bəli, bu gün Azərbaycanda o qədər mənasız və kiçik səbəblər ucbatından canına qəsd edənlər var ki, adam deməyə söz tapmır.
Doğrudur, ölənin arxasınca danışmazlar. Özləri sağ olsaydı, üzlərinə deyərdim, amma arxalarını çevirib getdikləri üçün məcburam ki, elə arxalarınca danışım. Mən bunun dində günah olduğuna dair bir şey deməyəcəyəm. Çünki inananı var, inanmayanı var. Dini qoyaq bir kənara. Lap deyək ki, canından da bezmisən. Bəs canından çox istədiyin əzizlərin, doğmaların? Özün bir atımlıq incidirsən canını. Amma doğmalarına bir ömür boyu dağ çəkirsən axı. Bu qədər adama işgəncə verməyə sənin haqqın varmı, ay intihar etmək fikrinə düşən insan? Heç kimi təhqir etmək fikrim yoxdu, amma Allahın şüursuz saydığımız canlıları belə yaşamağı seçərkən, şüurlu insanlara nolub görəsən? Gör bəşəriyyət hardan-hara endi.Əcdadlarımız ölümsüz olmaq, əbədi yaşamaq üçün mumiyalanmaq kimi fantastik bir kəşfə qədər gedib çıxmışdı. Biz isə bu gün az qala həftədə 2-3 adama yalvarırıq ki, qurban olum, atma özünü. Və biz yalvardıqca, özünü öldürmək istəyənlərin sayı da artır. Bəlkə əksinə edək? Bəlkə intihar etmək istəyən adama "get as özünü, ölmək daha gözəldir” deyək. Bəlkə yalnız bu zaman ayılalar ki, onlar nəyi nəyə qurban vermək istəyirlər.
Təbii ki, bu qlobal problemdi. Amma Azərbaycan intihara meylli ölkələr sırasındadır. Buna görə də üzərimə düşən vətəndaşlıq borcunu yerinə yetirməkçün çağırış edirəm.
Öncə mediaya səslənirəm: gəlin son verək bu tip xəbərlərə. Eybi yox reytinqimiz bir azca aşağı düşsün. İntihara meylli oxucularımızı itirək. Qoy bizim saytı tərk etsinlər. "Cana qəsd” aclıqlarını başqa formada doydursunlar. Amma yetər ki, bu tip xəbərlər onların rastına çıxmasın. Hər bir intihar xəbəri bunu bir az da olsa ağlından keçirən adam üçün potensial ip və ya zəhər rolunur oynayır. Biz iradəsi zəif insanlara xəbər yox, şüuraltı dəstək vermiş oluruq. El diliylə desək, oğru yadına daş salırıq.
Burdan valideynlərə və ümumiyyətlə böyüklərə səslənirəm: "uşaqsan, otur, uşaq yerində”, "Kəs səsini, böyüyə cavab qaytarma”, "böyüyün sözündən çıxma” deyib susdurduğunuz övladlar gəcəyin potensial intiharçılarıdı. Uşağa şüursuz canlı kimi davranmağı yığışdırın. Avropa insanı hətta hevanlara belə təzyiq etməməyi, başa salmağı, ünsiyyət qurmağı təbliğ edərkən, azərbaycanlı ailələr şüurlu övladlarına sözün həqiqi mənasında düşmən kəsiliblər.Uşaqlara zamanında vaxt ayırın ki, sonradan vaxtınızı ağlamağa sərf etməyəsiniz.
Burdan yeniyetmələrə, gənclərə, ümumiyyətlə bu fikrə düşənlərə səslənirəm: 15 dəqiqənizi ayırıb internetdə axtarış verin, əlil insanların yaşam tərzlərinə baxın. Qolları olmayan adamlar görün necə "ikiəlli” yapışıblar həyatdan. Ayaqları olmayan adamlar görün necə "qaçırlar” ölümdən. Gözləri görməyən adamlar görün necə gözəl "görürlər” həyatın gözəlliyini. O cür insanlar həyatdan bezməyiblərsə, o cür insanlar yaşamağın yolunu tapa biliblərsə, deməli intiharı seçmək həqiqətən də gülünc və axmaqlıqdır.
Və burdan hər kəsə səslənirəm: onsuz da gec-tez öləcəyiksə, yaşamaq qala-qala, ölümə niyə tələsək ki?!
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq