Ankarada meşə yanğını başlayıb - Bir yaşayış massivi boşaldılıb

img

21-08-2024 [17:25]


Türkiyənin paytaxtı Ankarada güclü meşə yanğını başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankaranın Kızılcahamam mahalına bağlı Şahinlər yaşayış massivinə bitişik meşədə başlayan güclü yanğına görə "Geredenin Dəmirlər" kəndinin sakinləri təxliyə olunublar.

Məlumata görə, hadisə yerinə Ankara, Bolu və ətraf rayonlardan yanğınsöndürmə və jandarma qüvvələri göndərilib: "Bundan başqa, əraziyə iki yanğınsöndürən helikopter yönəldilib. Alovun yayılmasının və ətraf məhəllələrə keçməsinin qarşısını almaq üçün yanğına havadan və qurudan müdaxilə edir".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 06.06.2025

Bayram namazı qılınıb

16:17 05.06.2025

Pirquluda zəlzələ olub

12:10 05.06.2025

Sabah yağış yağacaq