MDB Müşahidə Missiyasının Qərargahının rəhbəri ƏHD Partiyasının rəhbərliyi ilə görüşüb

img

21-08-2024 [15:31]


Müstəqil Dövlətlər Birliyinin (MDB) Müşahidə Missiyasının Qərargahının rəhbəri Oleq Kuleba Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının qərargahında olub.

Partiyanın mətbuat xidmətindən Miaaz-a bildirilib ki, Oleq Kuleba ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev, baş katib Yaşar Kələntərli, partiya sədrinin müavinləri Niyaməddin Orduxanlı və Əli Həziquliyev ilə görüşüb.

Muşahidə missiyası barədə məlumat verən Kuleba bildirib ki, növbədənkənar parlament seçkilərində 130 müşahidəçi ilə təmsil olunacaqlar. O, həmçinin ƏHD Partiyasının seçkiyə hazırlıq prosesi ilə maraqlanıb.

ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev partiyanın seçkiyə hazırlıq prosesi, təbliğat-təşviqat işləri, namizədlər və digər məsələlər barədə fikirlərini bölüşüb.

Görüş daha sonra diskussiya şəklində davam edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA