YAP seçkiyə nə qədər pul xərcləyib?

img

21-08-2024 [11:49]


Hakim Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 125 seçki dairəsi üzrə namizəd irəli sürüb. Partiyanın namizədləri regionlarda aktiv təbliğat-təşviqat işləri aparır.

Məlumata görə, YAP təşviqat müddətində 139.7 min manat pul xərləyib.

Vəsait seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətlərinin ödənilməsinə sərf olunub.

Məlumata görə, partiyanın xüsusi seçki hesabına 140 min mant daxil olub. Sözügedən vəsait partiyanın büdcəsindən ayrılıb.

Qeyd edək ki, partiya seçici imzalarının toplanmasına vəsait sərf etməyib(modern).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA