"Qalatasaray"ın baş məşqçisi: "Əsas hədəf Çempionlar Liqasının qruplarıdır”

img

21-08-2024 [01:00]


Bu gün Çempionlar Liqasının ilk oyununda “Qalatasaray” səfərdə “Yanq Boyz”la döyüş"ə çıxacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyunla bağlı İstanbul klubunun  baş məşqçisi Okan Buruk iddialı açıqlama verib.

O, bu oyunun həm "Qalatasaray", həm də Türkiyə üçün çox əhəmiyyətli olduğuna diqqət çəkib: "Keçən mövsüm Çempionlar Liqası qrupunda mübarizə aparmışdıq. Bu mövsüm də buna nail olmaq istəyirik. Bunun nə qədər vacib və dəyərli olduğunu bilirik. Yaxşı bir komanda ilə oynayacağımızı bilirik Sahənin sintetik olması ev sahibi komanda üçün üstünlükdür. Amma biz oyunçularımızı buna alışdıracağıq. Komandam çox təcrübəlidir. Bizim çox vacib oyunçularımız, oyun gücümüz var. Bizim əsas məqsədimiz Çempionlar Liqasının qruplarına düşməkdir".

Okan Buruk hələ ilk 11-liyinmüəyəyn olunmadığını da deyib: "İlk məşqdən sonra yekun qərar veriləcək".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb