Bakıda motosiklet sürücüləri həbs olunub

img

20-08-2024 [19:56]


Bakıda motosiklet sürücüləri həbs olunub.

Mia.az DİN-ə istinadla xəbər verir ki, paytaxt ərazisində motosikletlərin təhlükəli manevrlər etməsini əks etdirən görüntülər araşdırılıb: "Görülən tədbirlərlə həmin motosikletlərin sürücüləri - R.Məmmədzadə və A.Musazadə müəyyən edilərək saxlanılıblar. Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunmaqla aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə onların sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla R.Məmmədzadə 25, A.Musazadə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA