Çempionlar Liqası: Okan Buruk komandanı "WhatsApp"la yönəldəcək

img

20-08-2024 [18:00]


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında sabah "Qalatasaray"ın İsveçrənin "Yanq Boyz" komandası ilə qarşılaşmasında baş məşqçi Okan Buruk meydanda olmayacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb ötən il "Sparta Praqa" ilə mübarizədən kənarlaşdırdıqları matçdan sonra yaşanan hadisələrə görə 2 oyunluq cəzalanmasıdır.

Məlumata görə, buna görə meydanda olmayacaq Okan Buruk komandanı “Yanq Boyz”la oyunda köməkçiləri ilə "WhatsApp" vasitəsilə əlaqə saxlamaqla yönəldəcək.

Xatırladaq ki, oyun Bakı vaxtilə saat 23.00-da başlayacaq. Qarşılaşma TRT 1-də canlı yayımlanacaq.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb