48 yaşlı rus turist qadın Türkiyədə yoxa çıxıb - Polis 2 gün sonra xəbər tutub

img

20-08-2024 [15:44]


48 yaşlı rus turist qadın Türkiyədə yoxa çıxıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkənin turistlik bölgəsi sayılan Muğlanın Marmaris rayonunda itkin düşən 48 yaşlı Rusiya vətəndaşı Natalya Somova 3 gün əvvəl oteldən çıxaraq təbiət gəzintisinə çıxıb.

Məlumata görə, yerli vaxtla saat 07.30-da oteldən çıxan qadın avqustun 11-də Moskvadan Marmarisə gəlib: "Natalya Somova avqustun 17-də səhər saatlarında İçmeler məhəlləsindəki oteldən təbiət qoynuna həməşki kimi gəzintiyə gedib. Lakin az sonra ondan xəbər alına bilməyib. Avqustun 19-da ölkəsinə qayıtmalı olan Somovanın yaxınları qadınla əlaqə saxlaya bilməyiblər bundan sonra onun yxa çıxması aydınlaşıb".

Xəbərdə deyilir ki, polislər bütün bölgədə axtarış elan etsələr də, qadının izinə düşmək mümkün olmayıb: "Hazırda axtarıça xüsusi itlər cəlb olunub. qadının son göründüyü yerdənb başlayaraq 11 km-lik ərazi "taranır"".

Samir Musayev

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA