Nazirlər Bakıda velosiped sürdü - FOTOLAR

img

09-07-2014 [15:22]


Bakıda Azərbaycan Respublikası Mərkəzi Bankı və Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda ölkəmizin də daxil olduğu Seçki Qrupunun növbəti toplantısı keçirilib. 

Tədbirlə əlaqədar ölkəmizə gələn Polşanın maliyyə naziri Mateuş Şurek və bu ölkənin Mərkəzi Bankının sədri Marek Belka iş yorğunluğunu paytaxtımızın yollarında velosiped sürməyə çıxıblar. Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən tam texniki dəstək alan polşalı qonaqlar səhər saatlarında Azneft meydanından hərəkətə başlamaqla Heydər Əliyev prospektinə çıxıblar və daha sonra Buzovna - Bilgəh - Nardaran - Şüvəlan - Mərdəkan marşrutu ilə hərəkət ediblər. Yolboyu Mateuş Şurek və Marek Belka həvəskar velosipedçilərə də qoşulublar.

Bilgəhdə, dəniz kənarında yüngül qəlyanaltı edən polşalı rəsmilər daha sonra geriyə qayıdıblar. Ümumilikdə 80 km məsafə qət edən qonaqlar paytaxt yollarında gördüklərindən, Azərbaycanın günü-gündən inkişaf etməsindən, ölkəmizdə velosiped idmanına olan maraqdan və insanların isti münasibətindən razı qaldıqlarını deyiblər.





avtosfer.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA