Qusarda silahlı insident: Nazirliyin sabiq işçisi öldürülüb, qatil axtarılır (Yenilənib)

img

20-08-2024 [12:05]


Qusarda qətlə yetirilən şəxs Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşıdır.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ramiq Radik oğlu Əhmədov əvvəllər FHN-də çalışıb və öz arzusu əsasında vəzifəsindən azad olunub.

***

Qusar rayon sakini qətlə yetirilib.

Məlumata görə, rayon sakini 1981-ci il təvəllüdlü R.Əhmədovun meyiti tapılıb.

Meyitin üzərinə baxış keçirilən zaman onun odlu silahdan açılan atəş nəticəsində öldüyü məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayət törədən şəxsin və ya şəxslərin axtarışları davam etdirilir.

Qeyd edək ki, R.Əhmədovun iki gün əvvəl evdən çıxaraq geri qayıtmayıb(Report).

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq