Tramp: "Kamala kommunist kimidir, Sovet İttifaqının..." -  "Baydeni devirdilər"

img

19-08-2024 [09:48]


ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp rəsiqbi Kamala Harrisi sosializmi tətbiq etməyə cəhddə ittiham edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, demokrat rəqibi Kamala Harrisin iqtisadi siyasətini “kommunizm” adlandırıb. 

"Harris Pensilvaniyadakı seçki mitinqində Sovet İttifaqının iqtisadi sisteminə bənzər platforma açıqlayıb. O, tam bir kommunist kimi danışdı. Yoldaş Kamalə Sovet İttifaqının sosialist qiymət nəzarətini həyata keçirmək istədiyini dedi. Bunun əvvəllər işləmədiyini görmüsünüz. Bu, bizim ölkədə alınmaz..", - deyən Tramp daha sonra Vitse-prezident Kamala Harrisin Co Baydeni devirdiyini iddia edib: "Co Bayden ona nifrət edir. Bu, prezidentin devrilməsi idi".

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA