Muğlada dəhşətli meşə yanğını: ata və oğul saxlanılıb

img

19-08-2024 [00:11]


Türkiyənin Muğla bölgəsinin Yatağan və Ula rayonlarında başlayan dəhşətli meşə yanğınları davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, Yatağandakı yanğının ata və oğlunun 65 arı pətəyini üfleyici ilə tüstülətməsi nəticəsində baş verdiyi müəyyən edilib və nəticədə onlar saxlanılıb.

Bu barədə yayılan xəbəri Yatağan Jandarma Mərkəzi Komandanlığı təsdiqləyib. Bildirilib ki, istintaq çərçivəsində saat 12:00 radələrində şübhəli 78 yaşlı M.Ş və 47 yaşlı oğlu İ.Ş həm ərazidə siqaret çəkiblər, həm də arı pətəkləri üçün üfləyicilərdən istifadə ediblər: "Qarşısıalınmaz yanğın məhz bu iki şəxsin səhlənkarlığından başlayıb...".

Firudin Səfərli

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA