7.3 milyon manata zavod, maşınlar və texnikalar hərraca çıxarıldı - SİYAHI

img

16-08-2024 [18:02]


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Bakı Beton Konstruksiyaları" MMC-ni hərraca çıxarmağa hazırlaşır.

Mia.az xəbər verir ki, sentyabrın 3-də, 10-da və 17-də dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı hərraclar keçirəcək.

1-ci hərraca 17 nəqliyyat vasitəsi və texnika çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1985-2006-ci illəri əhatə edir.

2-ci hərraca 43 nəqliyyat vasitəsi, texnika, avadanlıqlar və 24,5 ton metal çiv çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1985-2006-ci illəri əhatə edir.

3-cü hərraca isə "Bakı Beton Konstruksiyaları", 4 texnika və 9 nəqliyyat vasitəsi çıxarılıb. "Bakı Beton Konstruksiyaları" torpaq sahəsi ilə birgə özəlləşdirilir. İlkin satış qiyməti 7 380 000 manat olan müəssisənin ümumi faydalı sahəsi 9 267 kvadratmetr, torpaq sahəsi isə 64 483 kvadratmetrdir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. “www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalından qeydiyyatdan keçərək və beh ödəyərək iştirakçı statusu almaq olar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA