Salyanda şok olay - İşçi özünü "Salyan oyl" şirkətinin qarşısında yandırdı

img

16-08-2024 [12:23]


Salyan sakini özünü yandırıb.

Məlumata görə, rayonunun Kürsəngi kənd sakini, 1988-ci il təvəllüdlü Zaur Aydınov Oktay oğlu üzərinə benzin tökərək özünü yandırıb.

Ağır yanıq xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilən xəstə daha sonra paytaxta yanıq mərkəzinə göndərilib.

Məlumata görə, hadisəyə səbəb onun işdən çıxarılması olub.

 O. Aydınov özünü işlədiyi "Salyan oyl" şirkətinin qarşısında yandırıb.

Faktla bağlı araşdırma aparılır(APA)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA